İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal borc REKORD qırdı

Dünya üzrə faiz dərəcələrinin artmasına baxmayaraq, qlobal borc 2023-cü ilin ikinci rübündə rekord həddə - 307 trilyon dollara çatıb.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” Beynəlxalq Maliyyə İnstitutunun (IIF) hesabatına istinadən yazıb.

Qlobal borc dedikdə bütün ölkələrin hökumətlərinin, banklarının, qeyri-maliyyə korporasiyalarının və ev təsərrüfatlarının borcları nəzərdə tutulur. IIF-in hesablamasına əsasən, bu borc 2023-cü ilin birinci yarısında 10 trilyon dollar, son on ildə isə 100 trilyon dollar artıb. Qlobal borcun qlobal ÜDM-ə nisbəti ikinci rübdə 336 faizə yüksəlib. Göstərici iki rüb ardıcıl olaraq artıb, halbuki 2023-cü ilə qədər 7 rüb azalmışdı.

İnstitut ekspertlərinin fikrincə, bu nisbətin artmasının əsas səbəbi ÜDM-in artım tempinin aşağı düşməsi və inflyasiya olub. Üstəlik, yığılmış borcun 80 faizindən çoxu inkişaf etmiş ölkələrin payına düşür. Göstəricidə ən böyük artım ABŞ, Yaponiya, Böyük Britaniya və Fransada qeydə alınıb. İnkişaf etməkdə olan ölkələr arasında Çin, Hindistan və Braziliya borclarını ən sürətlə artırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR