Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Qorxmaz Əlili bağını satma səbəbini açıqlayıb.
Musavat.com axşam.az-a istinadən xəbər verir ki, aktyor "Elgizlə izlə" verilişində qızlarına cehiz almaq üçün bunu etdiyini deyib:
"Bağım var idi... Qızlarımı köçürəndə onlar üçün cehiz almaq lazım idi. Məcburiyyətdən o bağı satdım. Dörd nəfərik, indi ikiotaqlı evdə yaşayırıq".
Q.Əlili aktyorlara ev verilməsi məsələsindən söz açıb:
"Jurnalistlərə evlər tikildi. Paxıl deyiləm. Heç olmasa biz incəsənət adamları üçün də evlər tikərdilər. Bir çox teatrlarımızda gənc, istedadlı lakin maddi vəziyyəti aşağı olan aktyorlar var. O evləri tikərdilər həmin gənclər də orada yaşayardılar. O aktyorların evlərə çox ehtiyacı var. Musiqiçilərimiz var ki, onlar çox böyük istedada malikdirlər. Amma məcburiyyətdən onlar biznes sahəsinə yönəliblər, sənət qalıb bir kənarda".
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ