Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Mehriban Xanlarova sosial mediadakı şok açıqlaması ilə gündəmə gəlib.
Musavat.com bildirir ki, aktrisa 3 yaşından analıq etdiyi qızı Aysel haqqında qeyd edib:
“Hörmətli media nümayəndələri və əziz tamaşaçılar, məni sevərlər. Hər kəs bilir ki, rəhmətlik bacımın vəziyyətinə əsasən onun üç yaşında olan qızını böyüdərək, analıq etmişəm. Uzun müddətdir həmin şəxslə əlaqəm yoxdur və onunla bağlı məsuliyyət, cavabdehlik daşımıram! Bu məsələ ilə bağlı heç kəs mənə zəng etməsin”.
Qeyd edək ki, Mehriban Xanlarovanın uzun illər qızı kimi təqdim etdiyi Aysel onun mərhum bacısı Sevda Xanlarovanın qızıdır.
Xalidə,
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ