Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Qızıl Xaç Komitəsi bu gün təcili əməliyyata ehtiyacı olan 16 nəfəri Qarabağdan müalicə üçün Ermənistana aparıb.
Musavat.com bu barədə erməni mediasına istinadən məlumat verir.
Bildirilir ki, əvvəllər müalicə üçün İrəvana göndərilən daha 10 nəfər öz müşayiətçiləri ilə birlikdə Xankəndiyə qayıdıb.
Ümumilikdə, 12 dekabr 2022-ci ildən Qarabağdan Ermənistana 394 xəstə aparılıb.
Musavat.com
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ