İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıl mədəni çökdü - 70 ÖLÜ

Malidə həftəsonu qeyri-qanuni qızıl mədəninin çökməsi nəticəsində azı 70 nəfərin öldüyü məlum olub.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində itkin düşən şəxsləri axtarış işləri hələ də davam edir.

Mədən Müdirliyinin yüksək rütbəli rəsmisi bildirib ki, Koulikoro bölgəsinin cənub-qərbindəki Kanqaba rayonunda qeyri-qanuni fəaliyyət göstərən qızıl mədəni çöküb. Hadisə nəticəsində ən azı 70 nəfərin həyatını itirdiyini və axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Qeyd edək ki, Afrikanın üçüncü ən böyük qızıl istehsalçısı olan Malidə qeyri-qanuni mədən fəaliyyətlərində belə qəzalar tez-tez baş verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR