Onlayn ictimai-siyasi qəzet
Dünya bazarında qızılın qiyməti rekord həddə çatıb. Əlbəttə ki, artım Azərbaycandan da təsirsiz ötüşməyib.
Bəs qızılın qiymət artımı nə ilə bağlıdır?
Mövzu ilə bağlı Milli.Az-a iqtisadçı-ekspert Natiq Cəfərli açıqlama verib.
O bildirib ki, qızılın qiymətinin artım səbəbi dünyadakı geosiyasi gərginliklə bağlıdır.
"Rusiya-Ukrayna müharibəsinin yenidən aktivləşməsi, Yaxın Şərqdəki gərginliyin davam etməsi, İsrail-İran müharibəsinin artması ehtimalı, Qəzza və Livanda baş verən hadisələr bütün bunlar dünya iqtisadiyyatında dalğalar yaradaraq mühüm rol oynayır. Qızıl da çətin zamanlarda təhlükəsiz liman rolunu oynayır. İnvestorlar öz vəsaitlərini daha çox qızılda saxlamağa üstünlük verirlər. Bu əsas səbəbdir. Bir neçə əlavə səbəblər də var".
Ekspert qeyd edib ki, həmin səbəblərdən biri Amerikada keçirilən seçkilərdir.
"Trampın qayıdış ehtimalı yüksəldikcə qızılın qiyməti artır. Çünki Tramp daha ucuz dollar tərəfdarıdır. O, çalışır ki, dollar ucuzlaşsın, istehsal və ixrac Amerikada sərfəli olsun. Adətən dollar ucuzlaşanda qızıl bahalaşır".
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ