Onlayn ictimai-siyasi qəzet
Antalyada iki qız bir gənc qızı döyüb üzr istətdirib, görüntüləri sosial şəbəkədə yayıblar.
Antalyanın Muratpaşa rayonunda N.G. və N.Ü. adlı iki qız sevgilisi ilə münasibətdə olduğunu iddia etdikləri qızı döyüb, ondan zorla üzr istədib və həmin anları telefonla çəkib sosial şəbəkədə paylaşıblar.
Hadisənin evdə baş verdiyi məlum olub. Qızın saçından tutaraq zorla "N.G.-dən və N.Ü.-dən üzr istəyirəm, E. və B. ilə əlaqədə olduğum üçün" dedizdirən qızlar görüntünü "Elə mən fenomenəm deyib ortalığa çıxmaqla olmur bu işlər" sözləri ilə paylaşdılar. Döyülən qızın ağladığı da görüntülərdə əks olunub.
Paylaşılan videodan sonra polis hərəkətə keçib və hadisə ilə bağlı araşdırma başladılıb./Milli.Az/
04 Iyun 2025
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ