Onlayn ictimai-siyasi qəzet
Qızı Banu Əməkdar artist Dilarə Əliyevanı sevindirib.
Bu haqda aktrisa özü məlumat yayıb.
O bildirib ki, övladı universitetə daxil olub:
"Sevincimin həddi-hüdudu yoxdur. Banu çox istəyirdi ki, aktrisa olsun. Bir ilə yaxındır hazırlaşırdı. Nəhayət ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-Kino aktyorluğu fakültəsinə imtahan verdi və ən yüksək - 10 balı topladı. Yolu açıq olsun! Bütün balaların yolu açıq olsun. Uzun yolun başlanğıcındadırlar. Yazmağa da çətinlik çəkirəm, hərdən elə olur ki, hisslərini ifadə etməyə söz tapmırsan. Xoşbəxtəm, həm də kövrəyəm… Səbəbi məlum".
Qeyd edək ki, D.Əliyeva "Soy prodakşın"ın rəhbəri Oqtay Əliyevlə ailəli idi. O.Əliyev bir il əvvəl avtomobil qəzasında vəfat edib. Cütlüyün iki qız övladı var. (Axşam.az)
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ