İnsanlara hürriyət, millətlərə istiqlal!

Qız sevgili axtarmaq üçün 126 min dollar XƏRCLƏDİ

38 yaşlı influencer (ınfluencer (influenser) – sosial mediada daima aktiv şəkildə kontent hazırlayan və hazırladığı kontentə müəyyən maraq dairəsi olan kütləyə təsir göstərən şəxsdir – red.) Syuzan Mutesi sevgi axtarışına 100.000 funt sterlinq (təxminən 126 min dollar) sərmayə qoyub və onu görüşlərə xərcləyib. Ancaq sonda o, gözlənilməz bir nəticəyə gəlib.

Syuzan Mutesi, milyonçular üçün iki eksklüziv tanışlıq proqramına üzvlük haqqının ödənilməsi də daxil olmaqla, tərəfdaş tapmaq üçün təxminən 100.000 funt sterlinq xərclədiyini etiraf edib.

“Elə vaxtlar olub ki, dayanıb fikirləşirdim: “Bu, həqiqətən, buna dəyərmi?”, - qadın deyib.

Tətbiqlərdən birində Syuzan üç ay ərzində "zəngin, uğurlu və cazibədar milyonçular" siyahısına daxil edilməsinə imkan verən bir xidmət üçün pul ödəyib. Bu seçim ona 999 dollara başa gəlib.

Syuzan həmçinin xərclərini, o cümlədən alt paltarı üçün 300 funt, taksi, yemək və içki və gözəllik salonlarına müntəzəm səfərlər də daxil olmaqla, hər seansın ona 150 funt sterlinqə başa gəldiyini (manikür, Braziliya mumları və qaş qulluğu) açıqlayıb.

"Bu, idman zalına yazılmaq kimidir - ancaq məşq etmək əvəzinə, sadəcə olaraq, öz inanılmazlığınızın öhdəsindən gələcək qədər uyğun birini tapmağa çalışırsınız!", - Syuzan əlavə edib.

Syuzan izah edib ki, o, ictimai nəqliyyatın narahatlığından qaçmağa üstünlük verir ki, görüşünə yaxşı əhval-ruhiyyədə getsin və rahat görünə bilsin. Buna görə də o, taksi, yemək və içkilərə təxminən 50 min funt sterlinq xərcləyib.

Qadın qeyd edib ki, kişi hesabı ödəməyi təklif edərsə, o, həmişə razılaşır, çünki görüşə hazırlaşmağa nə qədər vaxt, səy və maliyyə sərf etdiyini dərk edir. O, nahar xərclərini partnyorunun qarşılamasını ədalətsizlik hesab etmir. Üstəlik, o deyir ki, özünə qulluq etmək üçün bir gün dizayner paltarlarının qiyməti nəzərə alınmasa, 300 funt-sterlinqə qədər başa gələ bilər.//Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR