İnsanlara hürriyət, millətlərə istiqlal!

Qışda xəstələnmək istəmirsinizsə, bu məhsulları evinizindən əksik etməyin

Artıq payız fəslinin təsiri hiss olunmağa başlayır. Yay mövsümünün başa çatması nəticəsində havanın temperaturu aşağı düşdüyündən, xəstəliklərin yayılma halları da artıb. Mütəxəssislər mövsümi keçidlərdə orqanizmin müdafiə gücünün yüksək səviyyədə saxlanmasının çox vacib olduğunu vurğulayır.

Musavat.com xəbər verir ki, propolis, qış çayı, keçibuynuzu bəkməzi kimi məhsullar immun sisteminin güclənməsində mühüm rol oynayır.

Mütəxəssislərin və türkəçarə həkimlərinin fikrincə, mövsümi xəstəliklərin müalicəsində bitki mənşəli məhsullardan istifadə etmək lazımdır. 

Məsələn, propolis arıların boğazlarında hazırladıqları bir fermentdir. Bal hazırlanan yerin ətrafına çəkilir və balın xarab olmasının qarşısını alır, dezinfeksiyaedici təsir göstərir. Ana və işçi arılar bununla qidalanır. Bu məhsul insan orqanizminə daxil olduqda bədənin müdafiəsini artırır.

Qış çayı isə tərkibində cökə, zəncəfil, sarıkök, darçın və mixək kimi bitkiləri ehtiva edən çaydır. Bu məhsullar bədən üçün antioksidant təsiri bağışlayır.

Keçibuynuzu bəkməzi isə qan yaradır və uşaqların sümük inkişafında çox təsirlidir. Müəyyən yaşdan sonra sümük inkişafında çətinlik çəkən insanlara da bu bəkməzdən istifadə etmək məsləhət görülür.

Bundan başqa, mütəxəssislər bildirirlər ki, səhərlər bir fincan yaşıl çay və yarım qəhvə fincanı qədər bəkməz içməyi vərdiş halına gətirdiyimiz zaman bədənimiz sağlam olar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR