İnsanlara hürriyət, millətlərə istiqlal!

Qışda boğaz və qulağınızı soyuqdəymədən BELƏ QORUYUN

Soyuqda boğaz, qulaqlar və burunları virus eləcə də soyuqdəymədən qorumaq üçün bir sıra məsləhətlər verilib.

Musavat.com lent.az-a istinadən bildirir ki, bu barədə otorinolarinqoloq Vladimir Zaitsev danışıb.

Həkim ilk növbədə papaq və şərf taxmağı unutmamağa çağırıb. Mütəxəssis soyuqda telefonla uzun-uzadı danışmamaq və küçəyə çıxmazdan əvvəl saçınızı yumaq barədə də xəbərdarlıq edib.

O, başlıq və xəz qulaqlıqların papağı əvəz etməyəcəyini vurğulayıb. Soyuq şəraitdə papağın saça, alına və qulaqlara möhkəm oturması vacibdir.

Həkim əlavə edib ki, xəz qulaqcıq taxdıqda insanın frontal, parietal və temporal nahiyələri soyuyur ki, bu da burun sinuslarının, həmçinin orta qulağın iltihabına səbəb ola bilər. Şərfin faydalarından danışan ekspertin sözlərinə görə, bu aksessuar boyun və qırtlaqları soyuqdan qoruyur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR