İnsanlara hürriyət, millətlərə istiqlal!

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır - Paşinyan

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda deyib.

"Ötən cümə günü axşam baş nazir Nikol Paşinyan Milli Assambleyada "Mülki müqavilə" fraksiyasının deputatları ilə növbəti qapalı iclas keçirib. İclas geniş tərkibdə keçirilib. Tədbirdə, demək olar ki, bütün hökumət üzvləri, hətta Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan da iştirak edib. Görüş iki saata yaxın davam edib və gərgin atmosferdə keçib", - məqalədə deyilir.

Qeyd edilib ki, Nikol Paşinyan açıq şəkildə bildirib ki, qısa müddət ərzində dörd kəndin Azərbaycana qaytarılması baş verməlidir.

"O, yaxın günlərdə üçüncü ordu korpusunun bu ərazilərdən çıxarıla biləcəyinə və Paşinyanın dediyi kimi, Azərbaycanın olan dörd yaşayış məntəqəsinin sahiblərinə qaytarıla biləcəyinə eyham vurub", - materialda vurğulanır.

Qeyd edək ki, son vaxtlar İrəvanda ən yüksək dairələrdə kəndlərin Azərbaycana qaytarılması mövzusu çox aktuallaşıb və bu, faktiki olaraq Ermənistanın Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etdiyini və sülh prosesini sürətləndirmək üçün konstruktiv addımların zəruri olduğunu anladığını göstərir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR