İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan prezidenti: “Rus dili bizim üçün qırğız dili qədər lazımlıdır”

Qırğızıstan prezidenti Sadır Japarov rus dilini ölkə xalqı üçün qırqız dili qədər vacib hesab etdiyini açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, prezident bu fikri “Xabar” agentliyinə müsahibəsində deyib.

Rus dilinin Qırğızıstandakı statusu haqqında danışan Japarov deyib: “Rus dili rəsmi dil kimi istifadə olunur. Bu müddəa konstitusiyada da var. Bizə qırğız dili lazım oldugu kimi rus dili də lazımdır. Çünki rus dili olmadan MDB ilə birlikdə işləmək mümkün deyil. Çinə, ətraf ölkələrə, Avropaya birlikdə gedəndə rus dilində danışmırıqmı?”

Qeyd edək ki, Qırğızıstanda qəbul edilmiş “Dövlət dili haqqında” qanuna görə, dövlət qulluqçuları qırğız dilində danışmağa məcburdur. Bu isə Rusiyada etiraz doğurub. Kreml hesab edir ki, bu halda Qırğızıstanda yaşayan rusdilli əhalinin hüquqları pozulur, çünki onlar qırğız dilini öyrnəməyə məcbur qalırlar.

Japarov əlavə edib ki, yeni qanunun tələbləri müəllim və həkimlərə şamil edilməyəcək. Yəni bu şəxslər qırğız dilini bilmədən də ölkə ərazisində fəaliyyət göstərə biləcəklər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR