İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan İssık-Kuldakı pansionatları Özbəkistana verir

Qırğızıstan prezidenti Sadır Japarov bildirib ki, ölkə İssık-Kuldakı pansionatların milliləşdirilməsinə görə Özbəkistana 40 milyon dollar təzminat ödəyə bilməz, ona görə də tərəflər onu icarəyə götürməyə razılaşıblar.

Musavat.com gazeta.uz-a istinadla xəbər verir ki, prezident İssık-Kul sahillərində yerləşən 4 pansionatın 49 il müddətinə Özbəkistana verilməsinə münasibət bildirərkən deyib: “Biz özümüz də yaxın 15-20 il ərzində onların modernləşdirilməsinə sərmayə yatıra bilməyəcəyik” ,

Bu barədə xəbər sosial şəbəkə istifadəçilərini hiddətləndirib. Ancaq məsələ belədir ki, bu pansionatlar (“Enesay”, “Bosteri”, “Rohat” və “Buston”) Özbəkistanın dövlət şirkətlərinə məxsus olub. 2016-cı ildə keçmiş baş nazir Temir Sariyevin rəhbərlik etdiyi Qırğızıstan hökuməti onları milliləşdirib. Özbəkistan buna cavab olaraq beynəlxalq arbitraj məhkəməsində iddia qaldırıb və məhkəmə Qırğızıstanın Özbəkistana 40 milyon dollar ödəməsi barədə qərar çıxarıb.

Bu barədə danışan Japarov Sariyevin qərarının “daha çox populizmə bənzədiyini bildiri-ərək deyib: “Beynəlxalq məhkəmədə uduzmayacağımıza dair təminatlar olsaydı, bu hərəkət məqsədəuyğun olardı”.

İndi Qırğızıstan tərəfi vəziyyətdən çıxış yolunu pansionatları 49 il müddətinə Özbəkistana verməkdən görür. “Biz bu obyektləri icarəyə verəcəyik və özbəklər onları dörd-beşulduzlu otel səviyyəsinə yüksəldəcəklər: bizim onlara təqdim olunan məbləği ödəməyə imkanımız yoxdur", - Qırğızıstan rəhbəri bildirib.

O, əlavə edib ki, pansionatların vəziyyəti bu gün çox arzuolunmazdır: “Onlar o qədər bərbad haldadır ki, onları artıq anbar adlandırmaq olar. Pansionatları indiki halında nəinki 40 milyon dollara, heç 4 milyon dollara da heç kim almaz”.

“5-10 il kirayə vermək olar demək, cahillikdir, çünki bu 5-10 ili yalnız dörd-beşulduzlu otellərin tikintisi aparacaq. Ona görə də heç bir dövlət sərmayələrini ödəyəcəyinə zəmanət olmadan bu qədər pul yatırmağa razı olmaz”, - Qırğızıstan prezidenti vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR