İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğız deputat dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb

Qırğızıstan parlamentinin - Joqorku Keneşin deputatı, “Butun Qırğızıstan” parlament fraksiyasının lideri Adaxan Madumarov Bişkekdə saxlanılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, deputat sentyabrın 2-də səhər saatlarında oğlu ilə gəzərkən saxlanılıb.

Adaxan Madumarov Daxili İşlər Nazirliyinin istintaq idarəsindədir. Onun vəkili Gülyanə Ubalıyeva bildirib ki, cinayət işinin materialları ilə hələ tanış olmayıb. Müstəntiq sirri əsas gətirərək vəkilin işi öyrənməkdən imtina edib.

“Mən cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəməyə vəsatət vermək niyyətindəyəm. Adaxan Madumarovun sözlərinə görə, o, dövlətə xəyanətdə ittiham olunur. Söhbət 2009-cu ildə Xocənddə imzalanmış protokoldan gedir”, - Gülyanə Ubalıyeva bildirib.

Qırğızıstanın Daxili İşlər Nazirliyi yüksək rütbəli məmurların dövlətə xəyanət faktı ilə bağlı cinayət işinin araşdırıldığını izah edib. Bişkekin Pervomayski rayon məhkəməsi Madumarov barəsində Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasında həbs qətimkan tədbiri seçib. İstintaq davam edir.

Bundan əvvəl Qırğızıstan parlamenti deputat Adaxan Madumarovun 2009-cu ildə Xocənddə imzalanmış protokol işi üzrə mühakimə olunmasına razılıq verib.

Təhlükəsizlik Şurasının katibi olan Adaxan Madumarov Tacikistan tərəfi ilə iki ölkənin dövlət orqanları rəhbərlərinin işçi görüşünün protokolunu imzalayıb. Sənədə əsasən, Qırğızıstan tərəfi Tacikistandan sahəsi 5 hekta olan torpaq sahəsini 49 il müddətinə icarəyə götürüb.

Protokol Xocənddə aparılan danışıqlardan sonra qəbul edilib. Rəsmilər dövlət sərhədi xətti boyunca onun demarkasiyası və delimitasiyası başa çatana qədər iqtisadi fəaliyyətin qadağan edilməsi haqqında hökumətlərarası sazişin imzalanması üçün daxili prosedurları uyğunlaşdırıblar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR