İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzada YENİ DÖVR: İsrail qoşunlarını geri çəkir

İsrail atəşkəs razılaşması çərçivəsində Qəzza bölgəsindəki strateji dəhlizdən qoşunlarını çəkməyə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. 

Nəşr yazır ki, İsrail atəşkəs şərtlərinə uyğun olaraq Qəzzanın cənub və şimal hissələrini ayıran 6 kilometrlik Netzarim dəhlizindən qoşunlarını çıxarmağa razılaşıb.

Bu ərazini İsrail ordusu hərbi zona kimi istifadə edirdi. İsrailin nə qədər əsgərini geri çəkdiyi barədə məlumat verilmir.

Bundan əlavə, tərəflər yeni atəşkəs mərhələsi ilə bağlı danışıqlara başlamağa hazırlaşırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR