Onlayn ictimai-siyasi qəzet
Qəzza zolağında münaqişənin həlli istiqamətində aparılan danışıqlarda vasitəçi qismində çıxış edən Misir, Qətər və ABŞ nümayəndə heyətləri danışıqlar prosesinə fasilə vermək qərarına gəliblər.
"Report" xəbər verir ki, bu barədə EFE agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqlar qeyri-müəyyən müddətə dayandırılıb, bərpa üçün heç bir tarix yoxdur.
ABŞ, Qətər və İsraildən olan nümayəndə heyətlərinin üzvləri artıq danışıqların aparıldığı Qahirəni tərk ediblər. Fələstinin Həmas hərəkatı isə öz növbəsində son günlər məsləhətləşmələrdə ümumiyyətlə iştirak etməyib.
Qeyd edək ki, bu həftənin əvvəlində ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfər edib. O, İsrail və fələstinlilərin Qəzzada məskunlaşmanın ABŞ variantı ilə razılaşmasını təmin etməyə çalışıb. Lakin danışıqlarda irəliləyiş əldə olunmayıb.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ