İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzza ilə bağlı 300 nəfər HƏBS EDİLDİ

“Sülh Naminə Yəhudi Səsi” hərəkatının təşkil etdiyi etiraz aksiyaları zamanı Nyu-Yorkda 300-ə yaxın adam həbs edilib.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” təşkilatçıların məlumatlarına istinadən bildirib.

Qeyd olunub ki, nümayişçilər İsrail və HƏMAS hərəkatı arasında atəşkəs tələbi ilə Manhettenin mərkəzindəki "Grand Central" stansiyasına doğru yürüş ediblər.

Nümayiş İsrailin Qəzzada hərbi əməliyyatlarını gücləndirdiyi bir vaxta təsadüf edib.

Məlumata görə, 1000-dən çox etirazçı küçələrə çıxıb. Onların afişalarında “Qəzza yaşasın”, “Dərhal atəşi dayandırın” və “Bizim adımızdan deyil” şüarları yazılıb.

NYT-nin məlumatına görə, saxlanılanların siyahıları polis tərəfindən gecə yarısına qədər ictimaiyyətə açıqlanmayacaq.

Musavat.com

@@TVmusavat/72003@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR