Onlayn ictimai-siyasi qəzet
“Yoldaşım və oğlum Qroznıya bayram keçirməyə gedirdilər”.
Bunu Aktauda qəzaya uğrayan sərnişin təyyarəsində sağ qalan Samir Devrişovun anası, Tofiq Devrişovun həyat yoldaşı, Balakən rayon sakini Üzlüfət Devrişova deyib.
Onun sözlərinə görə, böyük oğlu Sahib Devrişov 20 ildir ki, Qroznıda yaşayır. Həyat yoldaşı və oğlu Yeni il bayramını qeyd etmək üçün Bakı-Qroznı təyyarəsi ilə yola düşüb. Onlar təyyarənin Aktau şəhərində qəzaya düşməsi barədə ilk məlumatı Qroznıda yaşayan Sahibdən eşidiblər. Bir neçə saat sonra isə Samir bacısı Günayla əlaqə saxlayaraq təyyarənin qəzaya düşməsi barədə məlumat verib, özünün və atasının sağ qaldığını bildirilib: "Hazırda oğlum və yoldaşım Aktauda xəstəxanadadırlar. Samir deyib ki, bu gün günün iknci yarısında Bakıya qayıdacaqları gözlənilir".//APA
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ