Onlayn ictimai-siyasi qəzet
Qətər Suriya ilə bağlı müxtəlif formatlarda, o cümlədən Astanada müzakirələrdə iştirak edir.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə baş nazirin müşaviri, əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari brifinqdə məlumat verib.
“Bütün platformalarda, istər Ərəb Dövlətləri Liqası, istərsə də Astana formatında hazırda müzakirələr gedir və Qətər də bütün müzakirələrdə iştirak edir”,-deyə o, Ərəb ölkələri, Rusiya, İran və Türkiyə nümayəndələrinin iştirakı ilə Suriya üzrə növbəti görüşün planlaşdırılıb-planlaşdırılmadığı barədə suala cavabında deyib.
Qeyd edək ki, bir neçə gün öncə Türkiyə, İran və Rusiya xarici işlər nazirlərinin Dohada görüşü olub.
Nigar HƏSƏNLİ,
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ