İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi Balkan ölkələri şəxsiyyət vəsiqəsi ilə səyahətlə bağlı razılığa gəliblər

Qərbi Balkan ölkələrindən Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Albaniya, Şimali Makedoniya və Kosovo arasında şəxsiyyət vəsiqəsi ilə səyahət haqqında razılıq əldə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Qərbi Balkan ölkələri ilə bağlı Berlində keçirilən konfransdan sonra mətbuata açıqlamasında deyib.

Nazir bildirib ki, həmin ölkələrin hökumətləri Almaniyanın iştirakı ilə üç məsələdə razılığa gəliblər. Belə ki, Qərbi Balkan regionunda vətəndaşların şəxsiyyət vəsiqələri ilə ölkələr arasında qarşılıqlı səfər etməsi mümkün olacaq. Bu razılığın əldə olunması üçün son həftələrdə problemləri aradan qaldırmaq üçün xarici işlər nazirləri arasında gərgin danışıqlar aparılıb.

Bundan başqa, 6 ölkədəki universitetlərin, eləcə də şirkətlərin ali təhsil və peşə təhsili diplomları və sənədləri qarşılıqlı olaraq tanınacaq.

Almaniyalı nazir deyib ki, bunlar Qərbi Balkan regionunda birgəyaşayış, regional bazarın formalaşması və Avropa İttifaqına (Aİ) yaxınlaşma yolunda böyük addımlardır.

Ölkələr arasında müvafiq sazişlərin noyabrın 3-də imzalanacağı bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR