İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi Azərbaycanla bağlı daha bir UĞUR - Deputat brifinq keçirdi: SENSASİON DETALLAR, VİDEO

Bu günlərdə spiker Sahibə Qafarovanın rəhbərliyi, Milli Məclisin təşkilatçılığı ilə Bakıda yüksək səviyyədə keçirilən Asiya Parlament Assambleyasının toplantısında önəmli qərarlar qəbul olunub.

Musavat.com-un məlumatına görə, sessiyanın Bakı Bəyannaməsində Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurdlarına ləyaqətli qayıdışının həyata keçirilməsi ilə bağlı müddəaların əlavə olunması da çox vacib məqamdır.

Bu, həm də Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda yayılması və qəbul olunması istiqamətində növbəti əhəmiyyətli addımdır.

Asiya Parlament Assambleyasının toplantısında iştirak edən deputat, Milli Məclisin Asiya Parlament Assambleyasında (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev parlamentdə keçirilən toplantının önəmli məqamları, həmçinin Qərbi Azərbaycan mövzusunun Bakı Bəyannaməsində əksini tapması ilə bağlı brifinq keçirib.

PASASOY.jpeg (216 KB)

Musavat.com brifinqlə bağlı videomaterialı təqdim edir:

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR