İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi Azərbaycanın Qaraçanta kəndi 1981-ci ildə - ADLI SİYAHI - FOTO

Qərbi Azərbaycanın Ağbaba-Şörəyel mahalının Amasiya rayonu abonentlərinin siyahısı olan kitabçanın həmin rayonun Qaraçanta (Əzizbəyov) kəndinə aid şəkillər əldə edilib.

1981-ci ildə rusca "Список абонентов Амасийской городской телефонной сети" adlanan kitabçada Qaraçanta (Əzizbəyov) kəndi abonentlərinin adı qarşısında telefon nömrələri qeyd edilməklə əlifba sırası ilə göstərilib.

Siyahıdan bir daha məlum olur ki, hazırda Ermənistanın işğalı altında olan kənddə bir nəfər erməni yaşamayıb.

Ümumilikdə 114 nəfər kənd sakininin adı daxil edilən kitabçada kəndin sovxozu, sovetliyi, ATS-i, poçtu, univermağı, məktəbinin nömrələri də özünə yer alıb.

Abonentlərdən bəzilərinin nömrələri: Sabir Əliyev - 2-55, Şahbəndər Əliyev - 1-69, Sədi Abdullayev - 2-80, Adil Aydınov - 2-73, Aftantel Bayramov - 2-64, Məsim Bayramov - 1-89, İsrafil Hacıyev - 2-68, Səttar Hacıyev - 2-72, Viladimir Zülfiqarov - 1-66, Rəcəb İsayev - 1-96, Yəhya Qurbanov - 1-06, Paşa Kərimov - 2-50, Allahyar Kərimov - 2-30, Telman Mövlayev - 1-73, Oruc Məmmədov - 2-33, Şaban Nəcəfov - 1-11, Ənvərpaşa Nəbiyev - 2-18, Nadir Namazov - 1-41, Heydər Seyidov - 1-87, Namaz Şahvələdov - 2-53, Emin Yusifov - 2-62

Qeyd edək ki, Ağbaba-Şörəyel mahalının Cənub-Qərbi Qafqazda Ələyəz (Alagöz) dağının ətəklərindən tutmuş Arpaçay boyunca uzanan və Arpa gölünün ətrafını əhatə edən ərazinin dağlıq hissəsi Ağbaba, aran hissəsi isə Şörəyel adlanır. Coğrafi rayonlaşmaya görə Ağbaba və Şörəyel ərazisi Şirək yarımrayonu sayılır.

Əsrlər boyu Osmanlı imperiyasının tərkibinə daxil olan Ağbaba ərazisinin böyük bir qismi 1921-ci il Qars müqaviləsi əsasında Ermənistana qatılıb.

1918-ci ilədək 39 kəndi özündə birləşdirən və Qars vilayətinin tərkibində olan Ağbaba nahiyəsinin ərazisinin böyük bir qismi əvvəlcə Gümrü (1920), sonra isə Moskva və Qars (1921) müqavilələrinə əsasən, Ermənistanın tərkibinə qatılıb.

1930-cu il sentyabrın 30-da Ağbaba nahiyəsinin əsasında Amasiya rayonu təşkil edilib. 1924-1989-cu illərdə Ağbaba nahiyəsində və Amasiya rayonunda Partiya Komitəsinin 14 birinci katibindən 10 nəfərinin, İcraiyyə Komitəsinin sədri vəzifəsində işləyənlərin isə 8 nəfərinin azərbaycanlı olması və nəticə etibarilə 70-ci illərdə əhalinin 84 faizinin azərbaycanlılar, 15 faizinin ermənilər, yalnız 1 faizini digər millətlərin nümayəndələrinin təşkil etməsi ermənilərin ciddi narahatlığına səbəb olub.

1987-ci ilin əvvəllərində rayonun 21 min nəfərlik əhalisindən təqribən 18 min nəfərini azərbaycanlılar təşkil edib. Belə ki, 27 kənddən 21-də sırf azərbaycanlılar, 5 kənddə ermənilər, rayon mərkəzində isə qarışıq yaşayıblar.

Musavat.com modern.az-a istinadən həmin siyahını təqdim edir:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR