İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi Azərbaycanda həyat iflic olub

Ötən gün Şorəyel (Araqatsotn) və Soyuqbulaq (Lori) vilayətlərinə yağan güclü qar səbəbindən Qərbi Azərbaycan ərazisində - Ermənistanda ötən gün axşamdan həyat iflic olub.

Musavat.com erməni mediasına istinadən bildirir ki, yollarda saatlar böyunca fövqəladə vəziyyət hökm sürüb.

Fotojurnalist Qaqik Şamşyanın hadisə yerindən verdiyi məlumata görə, İrəvan-Böyük Qarakilsə (Vanadzor) yolunda, Alagyaz kəndindən Hamamlı (Spitak) döngəsinə qədər Şorəyel Mahal və Soyuqbulaq rayonlarının patrul xidmətinin əməkdaşları, eləcə də Aparan, Hamamlı və Gümrüdən olan yanğınsöndürən xilasedicilər ağır iş şəraitində çalışırlar.

Yük maşınları və avtobuslar da daxil olmaqla 700-dən çox nəqliyyat vasitəsi 15 km-lik ərazidə ilişib qalıb. Patrul əməkdaşları öz vəzifələrini piyada yerinə yetirirlər. Onlar vətəndaşlarla birlikdə 250-dən çox avtomobili qar əsirliyindən xilas ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR