İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qərbi Avropanın dəfn mərasimi" - Zaxarovanın “Eurovision 2024” şərhi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən İsveçdə finalı keçirilən “Eurovision 2024” musiqi müsabiqəsini şərh edərkən bunu “Qərbi Avropanın dəfn mərasimi” adlandırıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, M.Zaxarova deyib: “Eurovision 2024” bütün orgiyaları, cin-şeytan yığnaqlarını və ya pozğun ayinləri üstələdi. Qərbi Avropanın dəfn mərasimi həmişəki kimi keçdi. Sürprizlər yoxdur”.

Diplomat öz bəyanatını müsabiqə iştirakçılarının bəzilərinin çıxışlarından fraqmentlərin yer aldığı video ilə müşayiət edib.

Zaxarova onların arasında İrlandiya təmsilçisinin səhnədə buynuzlu ifritə obrazında çıxış etməsini, Finlandiyadan olan qrupu üzvlərindən birinin səhnəyə ət rəngli strinqlə çıxmasını göstərib. Sonuncunun çıxışı zamanı milyonlarla adam elə zənn edə bilərdi ki, o, qurşaqdan aşağı tamam çılpaqdır.

Videoda həmçinin San Marino, Ukrayna, Hollandiya, Böyük Britaniya, Sloveniya, İspaniya və İsveçrədən olan iştirakçıların çıxışlarından fraqmentlər də var.

Qeyd edək ki, “Eurovison”un təşkilat komitəsi Ukraynaya hərbi təcavüzünə görə Rusiyanı və Belarusu yarışmada iştirakdan məhrum edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR