İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Ukraynaya “əraziləri verin” təklifini niyə göndərir? – Üzeyir Cəfərovla “Canlı debat”

Ukrayna Prezidenti Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak Qərbdən ərazilərin verilməsi ilə bağlı siqnalların gəldiyini açıqlayıb. O, bu barədə o “Telegram” kanalında yazıb. Onun sözlərinə görə, Avropada rusiyayönümlü lobbiçilər yavaş-yavaş başlarını qaldırmağa başlayıblar.

"Bu gün müəyyən siyasi dairələr bizə atəşkəs, dondurulmuş münaqişə və sülh naminə ərazilərin bir hissəsinin təhvil verilməsi kimi təkliflərlə çıxış edir”, - deyə bildirib. O, Ukraynanın bu müzakirədə iştirak etməyəcəyini iddia edir.

Ukraynanın 3 gündən bir neçə həftəyə qədər müddət ərzində təslim olacağı proqnozlaşdırılmışdı. Ukraynalılar Kiyevi müdafiə etdilər, üç rayonu azad etdilər və dördüncü rayonun azad edilməsini başa çatdırırlar. Bu gün də həmin adamlar - Avropada Rusiya lobbiçiliyi edənlər bizə təklif edirlər ki, Rusiyaya ölkənin şərq və cənubunu verək. Məsləhət üçün təşəkkür edirəm, amma silahların köməyini qəbul edəcəyik.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun sözlərinə görə, Rusiya indi rusların ukraynalıları öldürmək hüququna malik olduğunu “dünyaya sübut etmək” üçün böyük vəsait xərcləyir:

“Ona görə də Avropadakı rusiyapərəst lobbiçilər yavaş-yavaş başlarını qaldırmağa başlayırlar. Elə dünən informasiya gündəmi eksklüziv olaraq neft embarqosu və Rusiyanın hərbi cinayətləri idi. Bu gün müəyyən siyasi ağızlar bizə yeni gündəm təklif edir: atəşkəs, dondurulmuş münaqişə və sülh naminə ərazilərin bir hissəsinin verilməsi! Deyirlər, biz köhnə, müharibədən əvvəlki həyat tərzini qaytarmaq istəyirik, bəzi güzəştləri qəbul edin”.

O qeyd edib ki, münaqişənin dondurulmasından söhbət gedə bilməz: Ukrayna Minsk razılaşmalarından nəticə çıxarıb, ona görə də Minsk-3-ə getməyəcək: “Hər bir müharibə danışıqlar masası arxasında bitir və bu da istisna olmayacaq. Amma danışıqlar o zaman mümkün olacaq ki, tərəflər danışıqlara hazır olsun. Bunun üçün Rusiya vəziyyəti ayıq şəkildə dəyərləndirməyə başlamalıdır”.
Qeyd edək ki, ABŞ-ın məşhur strateqi Kissencerin Davos Forumundakı çıxışından sonra Ukraynanın işğaldan olan torpaqlardan imtina etməsi məsələsi açıq müzakirəyə çevrilib.

Bu və gündəmdəki digər xəbərləri hərbi ekspert Üzeyir Cəfərovla “Canlı debat”da müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Noyabr 2024

15 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR