Onlayn ictimai-siyasi qəzet
Qazax Regional İnkişaf Resursları İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi, “Qazax, Ağstafa və Tovuz rayonlarında ictimai içtirakçılığın artırılmasına dəstək “ layihəsi çərçivəsində Qazax rayonunun Hüseynbəyli və Canalı kəndinin icma üzvləri arasında təlim keçirib.
Qazax Regional İnkişaf Resursları İctimai birliyindən Musavat.com-a verilən məlumata görə, təlimdə əsasən, “İcmaların yaradılması və fəaliyyəti”, “İctimai iştirakçılığın artırılması, icma üzvlərinin qərarvermə prosesinə cəlb olunması ,” “icma üzvlərinin problem ətrafında təşkilatlanması” mövzularında müzakirələr aparılıb. Bundan başqa, icma üzvləri yaşadıqları icmanın aktual problemləri və onların həlli barədə fikirlər söylədilər.
Yaxın günlərdə təşkilat Ağstafa və Tovuz rayonlarında da anoloji təlim keçirməyi planlaşdırır.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ