İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb Bakının Xankəndi ilə bağlı siyasətinə haqq qazandır, Ermənistan isə... - ŞOK AÇIQLAMA

İsrail və Qərbin informasiya məkanında “Ermənistan düşmən İran və Rusiyanın müttəfiqidir” diskursunu təbliğ edirlər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Sergey Melkonyan Telegram kanalında yazıb.

“İsraildə Müdafiə Nazirliyinə yaxın olan bir saytda müxtəlif faktlarla təbliğat xarakterli məqalə dərc olunub. Burada əsas tezislər bunlardır”, - deyə, Melkonyan onları sadalayıb:

1. “İran Ermənistan vasitəsilə Rusiyaya silah verir”.

2. “Hindistanın Ermənistana verdiyi silahlar İranın əlinə keçə bilər”.

3. "2023-cü ilin avqust-sentyabr aylarında Rusiyanın İl-76 təyyarələri Ermənistana uçuşlar baş tutub. İranın "Iran Air Cargo" aviaşirkətindən tədarüklər həyata keçirilib. Hələ 2020-ci ildə Ermənistan Müdafiə Nazirliyi İrandan Rusiyaya silah ötürülməsini etiraf edib".

4. “Ermənistan və İran birgə hərbi manevrlər keçirir, hərbi əməkdaşlıq haqqında saziş imzalanıb”.

5. "Azərbaycan İsrailin dostudur. Tehran Bakıya təzyiq edir, İsrail isə sonuncunu dəstəkləyir".

Erməni şərhçinin firkincə, bu tezislər, bu məqalə Ermənistan ətrafında mənfi fon yaratmaq üçün hazırlanıb. Beləliklə, Qərbdə Bakının Xankəndi və İrəvanla bağlı siyasətinə haqq qazandırmağa çalışırlar”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR