Onlayn ictimai-siyasi qəzet
Fransa Ukraynaya hərbi yardımı sürətləndirməyə qərar verib. Xüsusilə ABŞ-ın hərbi dəstəyində gecikmələr fonunda Paris Kiyevə əlavə silah-sursat göndərməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornü "La Tribune Dimanche" qəzetinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Fransa Ukraynaya öz ordusunun köhnə texnikasını, o cümlədən AMX-10RC təkərli tanklarını və zirehli texnikanı təqdim edəcək. Bundan əlavə, Paris Rusiya aktivlərindən əldə edilən 195 milyon avronu 155 mm-lik artilleriya mərmiləri və AASM idarəolunan aviasiya bombalarının alınmasına yönəldəcək.
Bu bombalar Ukraynaya ötən ilin fevralından tədarük edilən Mirage 2000 qırıcıları üçün nəzərdə tutulub. Media məlumatlarına görə, Ukrayna Silahlı Qüvvələrinin sərəncamında artıq altı belə təyyarə var.
Musavat.com
10 Mart 2025
09 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ