Onlayn ictimai-siyasi qəzet
Metronun "Koroğlu" stansiyasında bəzi "Bakıkart" aparatlarına qəpiklə ödəniş etmək olmur.
Musavat.com oxu.az-a istinadla xəbər verir ki, ödəmə cihazlarının girişləri bağlanıb.
Bundan əlavə, cihazlardan birinin girişi daraldılıb, bu, qəpiklə ödənişin qarşısını almaq üçün edilib.
Maraqlıdır ki, pik saatda, sıxlığın müşahidə edildiyi bir vaxtda bu məsələyə niyə nəzarət edilmir?
Sərnişinlərin sözlərinə görə, digər stansiyalarda da belə halla rastlaşmaq mümkündür.
Görüntüləri təqdim edirik:
30 May 2025
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ