İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayevadan Cənubi Azərbaycan gəncləri ilə bağlı çağırış

Komitə sədri Qənirə Paşayeva Milli Məclisdəki büdcə müzakirələrində Cənubi Azərbacandakı soydaşlarımızdan bəhs etdi. “Onlar xahiş edirlər ki, Azərbaycanda təhsil almaları üçün onlara güzəştlər edilsin, xarici tələbələr kimi yanaşılmasın”-deyə, Q.Paşayeva gənc cənublulara dəstək verilməsi zərurəti barədə hökumətə çağırış etdi. Bildirdi ki, harada yaşamasından asılı olmayaraq, Azərbaycana təhsil ardınca gələnlərə güzəştlər edilməsi çox yaxşı olar.

Q.Paşayev təklif etdi ki, müharibə iştirakçıları da güzəştli ipotekadan yararlanmaq imkanı yaradılsın. Həmçinin icbari tibbi sığortanın onkoloji xəstəliklərə, auditizm xəstəliklərinə və süni mayalanmaya tətbiq edilməsi zərurətindən də bəhs etdi. Bildirdi ki, dərman vasitələrinin qiymətinin aşağı salınması istiqamətində addımlarımn atılması zəruridir. Eyni zamanda Aliment Fondunun yaradılması ilə bağlı addımların zəruriliyindən danışdı.

Deputat bildirdi ki, uşaq qidalarının və bezlərinin qiymətinin aşağı salınması gənc ailələri düşündürən əsas məsələdir. “Sonda Tovuz və Şəmkir üçün həyati əhəmiyyətə malik olan Zəyəmçay Su Anbarının tikintisi ilə bağlı söz verilmişdi, xahiş edirəm məsələ diqqətdə olsun”-deputat bildirdi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR