İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Vətən müharibəsi qaziləri ilə görüşüb - FOTO

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup qazi ilə görüşüb.

Musavat.com xəbər verir ki, komitə sədri müstəqil Azərbaycan dövlətinin ali rəhbərliyinin yaralı qazilərə, ümumən müharibə iştirakçılarına, şəhid ailələrinə həssas münasibətindən, yüksək diqqət-qayğısından söz açaraq, bu həssaslığın, diqqət-qayğının hər bir Millət vəkili, dövlət qulluqçusu, ziyalı, xeyirxah işadamı və ümumən cəmiyyətimizin hər bir aparıcı üzvü üçün də örnək təşkil etdiyini deyib.

Komitə sədri qaziləri işğalçı Ermənistan üzərində tarixi Zəfərin və Kəlbəcərin, Laçının işğaldan azad olunmasının görüş günlərinə təsadüf edən ikinci ildönümü münasibəti ilə təbrik edib, onlara möhkəm can sağlığı, mülki həyatda yeni uğurlar arzulayıb:

“Sizlərlə görüşmək mənimçün həmişə çox xoşdur. Sizin də qazanılmasında biləvasitə iştirak etdiyiniz tarixi Zəfər ölkəmizin bütün vətəndaşlarının, Dünya Azərbaycanlılarının, bütövlükdə Türk dünyasının, tərəqqipərvər insanların hamısının zəfəri kimi dəyərlidir. Sizlər Xeyrin Şər, Haqqın Nahaqq üzərində qələbəsi uğrunda savaşmış və qalib olmusuz. Bu, ədalətin təntənəsini ifadə edir.

Bu gün Kəlbəcərdə, Laçında, Şuşada, işğaldan azad olunmuş digər şəhər, qəsəbə və kəndlərimizdə ucalan müqəddəs bayrağımız hər birimizin qürurudur!

Sizləri bir daha təbrik edir, şəxsi işlərinizdə, həyatınızda yeni uğurlar diləyirəm”!

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR