İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva şəhid anaları ilə görüşüb - FOTOLAR

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup şəhid anası ilə görüşüb.

Musavat.com xəbər verir ki, millət vəkili görüşdə şəhid ailələrinin ürək sözlərini dinləyib, qayğılarını öyrənib.

Q.Paşayeva şəhid ailələrini Ermənistan üzərində tarixi Zəfərin ikinci ildönümü münasibəti ilə təbrik edib, onlara ən xoş diləklərini yetirib:

“Yağı düşmənü zərində tarixi Zəfərimizin növbəti ildönümündə də ilk yada düşən, təbriki ən çox haqq edən məhz Siz şəhid anaları, şəhid ailəsi üzvlərisiz. Sizi ürəkdən təbrik edirəm! Düşmən üzərində tarixi Zəfərimizin ikinci ildönümü günlərində şəhid ailələrimizlə görüşmək çox doğma, əziz görüşdür. Bu Zəfər ölkəmizin bütün vətəndaşlarının, Dünya Azərbaycanlılarının, Türk dünyasının, eləcə də, Xeyrin Şər üzərindəki qələbəsinə tərəfdar olan tərəqqipərvər bəşəriyyətin bayramı dəyərindədir. Şəhidlərimiz məhz haqq işi uğrunda, ədalət uğrunda əlinə silah almış, haqqın-ədalətin bərpasına xidmət etmişdir!”

Qənirə Paşayeva Azərbaycan Respublikası ali rəhbərliyinin şəhid ailələrinə, yaralıq azilərə, ümumən müharibə iştirakçılarına yüksək diqqət-qayğısından, həssas münasibətindən bəhs edərək, bu həssaslığın hər bir millət vəkili, məmur, ziyalı, ümumən cəmiyyətimizin hər bir aparıcı üzvü üçün də örnək olduğunu deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR