İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Milli Məclisin iclasında Fransa Senatının ədalətsiz qətnaməsinə etiraz edib - VİDEO

Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bu gün Milli Məclisin iclasında çıxış edərək Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi ədalətsiz, böhtan və yalanlarla dolu qətnaməsinə sərt etiraz edib.

O, qeyd edib ki, Fransa bu gün işğalçı dövlətdir: “Bu barədə BMT Baş Assambleyasının qəbul etdiyi sənəd də var. Fransa  Qəmər Adaları İttifaqının ərazisi olan Mayoyu oşğalda saxlamaqda davam edir. BMT Baş Assambleyası 1994-cü ildə Qəmər Federativ İslam Respublikasının Mayot adası üzrə suverenliyini bir daha təsdiq etsə də Fransa qətnaməni icra etməkdən boyun qaçırır. Biz bu məsələni BMT Baş Assambleyasında davamlı qaldırmalıyıq. Fransa Ruandada, Əlcəzairdə soyqırımlar törədib. Biz də Fransanın müsəlmanlara qarşı törətdiyi soyqırımlarla bağlı qətnamə qəbul edək. Burada Türk dövlətlərinə  müraciət etməliyik. Çünki qətnamədə türklər hədəf alınıb. Türk dövlətləri, islam dünyası buna öz etirazını bildirməlidir. Ən sonda biz Fransada yaşayan bütün türk kökənli  yarım milyona yaxın insanlara, Fransada seçici olan insanlara çağırış edirik ki, seçici olaraq buna etirazınızı bildirin”.

Çıxışı daha geniş buradan izləyə bilərsiniz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR