İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva beynəlxalq elmi-praktik konfransda çıxış edib- VİDEO



Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bugünlərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) keçirilmiş “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimində çıxış edib.

Musavat.com xəbər verir ki, komitə sədri “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransın bu günlərdə keçirilməsinin çox böyük önəm daşıdığını söyləyib. O, konfransın “Şuşa İli” çərçivəsində təşkil edilməsinin heç də təsadüfi olmadığını söyləyərək, vurğulayıb ki, biz mədəni irsin dağıdılması, mədəni irsə böyük zərər verilməsi və ona qarşı vandalizmin həyata keçirilməsini yaşamış dövlətin, xalqın nümayəndələriyik. Mədəni irs anlayışı həm yerli, həm də beynəlxalq səviyyədə mütəxəssislərin düşüncə və fikirlərinə görə çox böyük bir sahəni ehtiva edir.
Q.Paşayeva Ermənistanın Azərbaycanın mədəni irsinə çox böyük zərbə vurduğunu, ermənilər tərəfindən ölkəmizin beynəlxalq səviyyəli abidələrinin dağıdıldığını, bir çoxuna isə böyük zərər verildiyini diqqətə çatdırıb: “Ermənilər həm Azərbaycanın mədəni irsini dağıtmaqla, həm də onları oğurlamaq və özününküləşdirməklə zərər veriblər. Bu da mədəni irsə qarşı törədilmiş bir cinayətdir. Biz dövlət, millət olaraq uzun illərdir ermənilərin bu əməllərinə qarşı mübarizə aparırıq. Ona görə də mədəni irsin həm yerli, həm də beynəlxalq səviyyədə daha yaxşı qorunması Azərbaycan üçün ən vacib məsələlərdən biridir”.



Ölkəmizdə bu sahədə çox önəmli işlər aparıldığını deyən Komitə sədri, mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi, mədəni irsimizə qarşı törədilən müharibə cinayətlərin beynəlxalq aləmə duyurulmasının, vandalizmin qarşısının alınmasının Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biri olduğunu söyləyib. O qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həm UNESCO-da, həm də İSESCO-da fəaliyyəti yerli və regional səviyyədə mədəni irsin qorunmasına daha çox töhfə verməklə yanaşı, beynəlxalq səviyyədə bu güncəl problemləri daha çox diqqətə çatdırmaq, həmçinin beynəlxalq səviyyədə bu işdə həmrəyliyə, əməkdaşlığa daha çox nail olmaqdan ibarətdir.

Komitə sədri mədəni irsin qorunması ilə bağlı hüquqi aspektləri də diqqətə çatdırıb. Azərbaycan dövlətinin mədəni irsin qorunması ilə bağlı bir sıra konvensiyalara, sənədlərə, beynəlxalq müqavilələrə qoşulduğunu xatırladıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR