İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəfil ürəktutması, ÖLÜM - Dünya statistikasında Azərbaycan niyə birincidir?

Son vaxtlar ölkəmizdə qəfil ürəktutmasından ölüm hallarına çox tez-tez rast gəlirik. Bu da onu göstərir ki, Azərbaycanda ürək, qan-damar sistemi xəstəlikləri ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Xüsusən də kişilər arasında...

Bəs, görəsən buna səbəb nədir? Niyə ölkəmiz bu antirekorda liderlik edir?

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən Azərbaycan Kardiologiya Cəmiyyətinin İnvaziv işçi qrupunun rəhbəri, kardioloq Ülvi Mirzoyev bildirib ki, göstərilən sxemada Azərbaycanda ürək-damar xəstəliklərindən ölüm nisbətinin çox yüksək olmasının əsas səbəbi ölüm səbəbinin təyin edilməsi zamanı olan nöqsanlardır. Bizim ölkədə təəssüf ki belə bir praktika var. Əsas xəstəliyindən asılı olmayaraq, vəfat edənin ölümə gətirib çıxaran ən önəmli səbəb nə olursa olsun, vəfat səbəbi kəskin ürək çatışmazlığı olaraq qeyd edilir:

"Yaranan nəticə də belə bir statistiki fərqə səbəb olur. Zənnimcə, tibbi qeydiyyat yanaşmalarımızı düzəltdikdən sonra, bu yanlış statistik göstəricilər düzələcək. Ölkəmizdə aparılan səhiyyədə rəqəmsallaşma strategiyasının buna böyük töhvə verəcəyinə inanıram".

Həkimin sözlərinə görə, hazırda həm iri şəhərlərdə, həm də ayrı-ayrı rayon və kəndlərdə vətəndaşların ürək problemlərini vaxtında aşkarlamaq üçün layihə həyata keçirilir:

"Ölkəmizdə kəskin miokard infarktında hər bir Azərbaycan vətandaşının vaxtında yüksək texnologiyalı və kliniki rəhbər tövsiyyələrinə uyğun müalicə ala bilməsini təmin edən "STEMI Azərbaycan" layihəsi başlamışdır. Layihənin məqsədi, ürək ölümlərini, əllillik nisbətlərini azaltmaq, insanlarımızın ömrünü uzadıb həyat keyfiyytələrini artırmaqdır. Hədəf isə buna sadəcə böyük şəhər və rayonlarımızda deyil, Azərbaycanın hər bir bölgəsində, hər bir ucqar yaşayış məntəqəsində nail olmaqdır. Rəhbəri olduğum layihə qlobal olaraq bənzər missiyası olan beynəlxalq "STENT SAVE A LIFE" layihəsinin bir parçası olub. Layihə dövlətimiz tərəfindən aktiv olaraq dəstəklənir, İTSDA, TƏBİB və səhiyyə nazirliyi rəsmiləri bu işdə Azəbaycan kardiologiya cəmiyyətimizə aktiv dəstək göstərir. TƏBİB-in dəstəyi ilə bu il artıq 3 bölgəmizdə - Lənkəran, Şirvan və Şəkidə ürək mərkəzləri yaradılıb. Bu da o deməkdir ki, əlavə təxmini 1.5 million insana zamanında təkmilləşmiş kardioloji xidmət verilə biləcək. Bu sayılar daha da artacaq, Azərbaycanın hər bir bölgəsində təkmilləşmiş ürək-damar müdaxilələri çox yaxın zamanda mümkün olacaq. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki önümüzdəki illərdə göstərdiyiniz statistikanın ciddi şəkildə müsbət yöndə dəyişəcəyinə hamımız şahid olacayıq".

Qeydb edək ki, son illərin beynəlxalq statistikasına görə, kişilərdə ürək-damar xəstəliklərindən hər 100 min nəfərə düşən ölüm hallarına görə Azərbaycan dünyada 1-ci yerdədir. İlk “beşlik”də həmçinin Tacikistan (2), Belarus (3), Özbəkistan (4) və Ukrayna (5) yer alıb.

Sİyahıda qonşu Gürcüstan 18-ci, Rusiya 21-ci, Ermənistan 26-cı, İran 66-cı, Türkiyə isə 117-ci yerdədir. Ən sonuncu yerdə isə Yaponiya (182) və Cənubi Koreyadır (183). Qadınların eyni statistikasına əsasən isə Azərbaycan 2-ci sırada qərar tutub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR