İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəbir çökdü, tabutu daşıyanlar məzara düşdü, mərhumun oğlu özündən getdi - VİDEO

ABŞ-ın Filadelfiya şəhərinin şimalındakı qəbiristanlıqlardan birində baş verən dəfn mərasimi faciə ilə nəticələnib. Mərhumun cənazəsini daşıyanlar qəbir üzərində yerləşdirilən platformanın çökməsi nəticəsində tabutla birlikdə qəbirə düşüblər.

Musavat.com xəbər verir ki, qəza zamanı mərhumun oğlu tabutun altında qalıb və huşunu itirib. Hadisə nəticəsində bir neçə nəfər isə ayaq, əl və bel nahiyələrindən xəsarət alıb. Xoşbəxtlikdən, onların heç birinin xəsarəti ciddi olmayıb.

Hadisədən sonra mərhumun ailəsi qəbiristanlıq rəhbərliyini və dəfn mərasimini təşkil edən məzarlıq şirkətini platformanın texniki nasazlığına görə məsuliyyətli sayıb. Ailə rəsmi üzrxahlıq və mərasimin pozulmasına görə maddi təzminat tələb edir.

Qeyd edək ki, insidentin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və ictimai rezonansa səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR