Onlayn ictimai-siyasi qəzet
Avropada qazın qiyməti 100 dollardan çox ucuzlaşacaq.
Musavat.com xəbər verir ki, bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
O əlavə edib ki, Avropada alternativ və bərpa edilən enerjidən istifadə kütləviləşir: "Bu səbəbdən də qaz anbarlarında kifayət qədər ehtiyat qalıb. Almanyada istehsal edilən illik elektirik enerjisinin yarısı bu mənbələrdən formalaşıb".
Qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyinin analitiklərinin proqnozuna görə, 2024-cü ildə Avropada təbii qazın birja qiymətləri 2023-cü ilin orta göstəricisi ilə müqayisədə 20 faizdən çox aşağı düşə bilər. Ekspertlərin gözləntilərinə görə, bu il Niderlandda qazın orta qiyməti min kubmetr üçün 353 dollar təşkil edəcək.
Beləliklə, 2024-cü ildə Avropada qazın orta qiyməti min kubmetr üçün 106 dollar ucuzlaşa bilər.
Afaq,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ