Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Bağanis və Voskepar (Əskipara) kəndlərinin sakinləri gecə saatlarında küçələrə tökülüşüblər.
Bu barədə Telegramın erməni seqmentində çoxsaylı video görüntülər var.
Erməni sakinlər Qazaxın kəndlərinin Azərbaycana qaytarılmasına etiraz edərək, yolları kəsiblər.
Ermənistan mediası yazır: "Voskepar və Bağanis kəndlərinin sakinləri Tavuş rayonunun Kirants-İcevan və Bağanis-Noyemberyan yollarını bağlayıblar.
Onlar ER Xarici İşlər Nazirliyinin cümə günü Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması ilə bağlı yaydığı bəyanata etiraz edirlər. Bu bəyanata əsasən, 4 Tavuş kəndinin bəzi əraziləri Azərbaycan tərəfinə keçəcək.
Yerli sakinlər bundan məmnun deyillər - Azərbaycanın hərbi postları erməni yaşayış məntəqələrinin çox yaxınlığında yerləşəcəyindən onların təhlükəsizliyinə təminat verilməyəcəyindən narazıdırlar".
“Azatutyun” radiosunun məlumatına görə, Voskepar sakinləri XİN-in bugünkü bəyanatının iki gün əvvəl baş nazir Nikol Paşinyanın onlarla görüşdə söylədiyi sözlərlə ziddiyyət təşkil etdiyini bildirir.
Yerli KİV-in məlumatına görə, etirazçılar Tavuş qubernatoru və Ermənistanın baş naziri ilə görüş tələb edirlər.
Görünən budur ki, bədbəxt kəndliləri qızışdırıb, onları etirazlara təhrik edənlər var.
Musavat.com
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ