İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanın şimalında çağırışçılar hərbi xidmətdən yayınmaq üçün RF-yə keçirlər

Qazaxıstanın baş hərbi prokurorun birinci müavini Maksat Kaziyev çağırış kampaniyası zamanı Rusiyaya qaçan və beləliklə Qazaxıstanda hərbi xidmətdən yayınanları hansı cəzanın gözlədiyini deyib.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, martın sonunda Şimali Qazaxıstanda hərbi xidmətə çağırış kampaniyası təhlükə altına düşüb. 555 çağırışçıdan yalnız 210-nu toplanış məntəqəsinə gəlib, 200-dən çox çağırışçı isə Rusiyaya gedib.

Maksat Kaziyev təsdiqləyib ki, Şimali Qazaxıstan vilayətində yaz hərbi çağırışı zamanı həqiqətən də qazaxıstanlıların kütləvi şəkildə Rusiyaya getməsi halı olub.

“İlkin məlumatlara görə, qonşu ölkəyə gedən 200 nəfərdən 120-si Rusiya ali məktəblərinin tələbələridir. Hazırda Müdafiə Nazirliyi bu istiqamətdə iş aparır. Qüvvədə olan qanunlar var və hamı üçün bərabərdir. Əgər əsaslandırma olarsa, onlara möhlət hüququ veriləcək. Ancaq təhsil almayanlar Qazaxıstan ərazisində ordudan yayınmaqda ittiham olunacaqlar”.

Hərbi prokurorun birinci müavini həmin şəxslərin vətənlərinə qayıdan kimi ordudan yayınmalarına görə Cinayət Məcəlləsinin 387-ci maddəsi ilə cəzalandırılacağını vurğulayıb. 

Qazaxıstanda yaz hərbi xidmətə çağırış martın 1-dən başlayıb. Müdafiə Nazirliyi 18 yaşından 27 yaşadək 18,4 min nəfər çağırışçının hərbi xidmətə çağırılmasını planlaşdırır.

Onu da qeyd edək ki, Rusiyanın Qazaxıstanla sərhəd vilayətlərində yaşayan gənclərin isə Ukraynada gedən müharibədən yayınmaq üçün Qazaxıstana keçdikləri barədə xəbərlər də var.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR