İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanın ən böyük yatağında hasilat bərpa olundu

Qazaxıstanın ən böyük neft-qaz yatağı olan "Kaşaqan"da oktyabrın 7-dən 28-dək davam edən təmirdən sonra noyabrın 3-də tam tam hasilat gücü bərpa olunub.

Musavat.com xəbər verir ki, məlumatı ölkənin Energetika Nazirliyi açıqlayıb.

Qeyd edək ki, “Kaşaqan”da yeni qaz qurğularının quraşdırılması üçün oktyabrın 7-dən hasilat tam dayandırılmışdı.

Bu fasilə Qazaxıstana OPEK+ razılaşması çərçivəsində bu ilin 8 ayında kvotadan artıq hasilatı kompensasiya etməyə imkan yaradıb.

“Kaşaqan” Xəzər dənizinin Qazaxıstan sektorunda ilk dəniz neft-qaz yatağı olmaqla yanaşı, ölkənin ən böyük beynəlxalq investisiya layihəsidir. Onun çıxarıla bilən ehtiyatları 9 milyarddan 13 milyard barel neftə qədərdir. Yataqda kommersiya hasilatı 2016-cı il noyabrın 1-dən başlayıb. 2023-cü ildə yataqda 18,8 milyon ton neft hasil edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR