Onlayn ictimai-siyasi qəzet
Tobol çayının öz sularından əlavə, Qazaxıstandan 1 milyard kubmetrdən çox su da Kurqan bölgəsində çaya qoşulur.
Musavat.com xəbər verir ki, bunu özünün Teleqram kanalında regionun qubernatoru Vadim Şumkov yazıb.
Onun sözlərinə görə, rayon mərkəzinə böyük həcmdə su yaxınlaşır:
“Tobolun öz sularına və ona axan qol sularına əlavə olaraq, Qazaxıstandan 1 milyard 300 milyon kubmetrdən çox su gəlir ki, bu da Federal Su Ehtiyatları Agentliyinin məlumatına görə, 1994-cü ildəki daşqınların həcmindən iki dəfə çoxdur”.
Qubernatorun sözlərinə görə, daşqının “başı” hazırda Kurqan şəhərindən 10 km aralıda yerləşir: “Suyun həcmi nəhəngdir, indi Çeremuxovo su altında qalanda Kurqanda gördüyümüz hər şey hələ də şəhərə yaxınlaşan həcmin yalnız kiçik bir hissəsidir”.
O əlavə edib ki, Zverinoqolovskoye kəndində suyun səviyyəsi son dərəcə yavaş azalır, bu da Tobol boyunca böyük həcmdə su kütləsinin hərəkətindən xəbər verir.
Şumkov daşqın zonasına düşən hər kəsi təcili təxliyə olunmağa çağırıb.
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ