İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda repressiya qurbanlarına aid arxiv kartları məxfilikdən çıxarılıb

Qazaxıstan hakimiyyəti 1929-1956-cı illər üçün siyasi repressiya qurbanlarının 2,4 milyondan çox arxiv kartını məxfilikdən çıxarıb.

Musavat.com kazax24 saytına istinadla xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

“Qazaxıstanda 1929-1956-cı illər ərzində siyasi repressiya qurbanlarına aid 2,4 milyondan çox arxiv kartının məxfiliyi ləğv edilib. Xüsusi məskunlaşanların 251 min faylı prezident arxivinə təhvil verilib, bundan sonra onlar maraqlı tərəflərin ixtiyarına veriləcək. İlin sonuna qədər 265 min iş köçürüləcək. Sürgün edilmiş, xüsusi məskunlaşmış və cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 311 min nəfər reabilitasiya olunub”, - məlumatda deyilir.

2020-ci il noyabrın 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev siyasi repressiya qurbanlarının tam reabilitasiyası üçün dövlət komissiyasının yaradılması haqqında fərman imzalayıb. Bu ilin yanvarında dövlət müşaviri Erlan Karin ölkə rəhbərinə siyasi repressiya qurbanlarının tarixinə dair 31 cildlik sənəd və material təqdim edib. 1997-ci ildən respublikada hər il mayın 31-i Siyasi Repressiya və Aclıq Qurbanlarının Anım Günü kimi qeyd edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR