İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda islahatlar davam edir

Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının dövlət idarəetmə sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, sərəncama əsasən, “Qazaxıstan Respublikasının Baş Nazirinin Aparatı”nın adı bundan sonra “Qazaxıstan Respublikası Hökumətinin Aparatı” olacaq.

Sənəddə deyilir ki, Hökumət Aparatı dövlət orqanıdır və aşağıdakıları həyata keçirəcək:

1) mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;

2) Qazaxıstan Respublikası Baş nazirinin və Hökumətinin fəaliyyətinin təşkilati-hüquqi, ekspert və analitik, kadr, informasiya və maddi-texniki təminatı.

Bu fərmanın həyata keçirilməsi üçün respublika hökumətinə normativ hüquqi aktlarda müvafiq dəyişikliklər etmək tapşırılıb. Bu fərmanın icrasına nəzarət Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına həvalə edilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR