İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda ailə-klan hakimiyyətinə son qoyulub - Tokayev  

Qazaxıstanda vəzifələrə təyinatlar namizədlərin peşəkarlığına əsaslanır, çünki ölkədə “artıq ailə-klan sistemi yoxdur”. Musavat.com xəbər verir ki, bunu respublika prezidenti Qasım-Jomart Tokayev ölkə müəllimlərinin konfransında deyib: "Cəmiyyətimiz dəyişir, vətəndaşların şüuru dəyişir. Dövlət qulluğunda meritokratiya prinsipi bərqərar olunur. Artıq hakimiyyətdə ailə-klan sistemi yoxdur. Vəzifələrə təyinat zamanı ilk növbədə bilik və peşəkarlıq nəzərə alınır".

Dövlət başçısının sözlərinə görə, ölkədə aparılan genişmiqyaslı islahatlar nəticəsində “qanun və qaydaya hörmət sarsılmaz prinsipə çevrilir”: "Bir sözlə, Qazaxıstan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub".

Qeyd edək ki, Qazaxıstanın keçmiş lideri, 85 yaşlı Nursultan Nazarbayev 30 il respublikanın rəhbəri postunu tutub. 2019-cu ildə o, istefa verdiyini elan edərək, respublikada transformasiyanı davam etdirəcək yeni nəsil liderlərin hakimiyyətə gəlməsinin zəruriliyinə işarə edib. Daha sonra konstitusiyaya uyğun olaraq dövlət başçısının səlahiyyətləri Senatın sədri kimi Tokayevə verilib. 2019-cu ilin iyununda keçirilən prezident seçkilərində Tokayev qalib gəlib. 2022-ci ilin noyabrında növbədənkənar seçkilərdə yenidən Qazaxıstan prezidenti seçildi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR