İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Rusiyaya qarşı sanksiyalardan yayınma mərkəzi olmayacaq – Baş nazirin müavini

Qazaxıstan hakimiyyəti Qərb ölkələrini məlumatlandırıb ki, ölkə Rusiyaya qarşı sanksiyalardan yan keçilməsi üçün mərkəz olmayacaq.

Musavat.com xəbər verir ki, bunu Rusiyalı jurnalist Pavel Zarubinə müsahibəsində Qazaxıstan baş nazirinin müavini Serik Jumanqarin deyib.

Onun sözlərinə görə, Qazaxıstan Rusiyaya qarşı tətbiq edilən sanksiyalara öz mənafeyinin zərərinə əməl etməyəcək: “Biz dedik ki, təbii ki, sanksiyaları dəstəkləmirik, amma biz sanksiyalardan yan keçəcək ölkə olmayacağıq, çünki, ilk növbədə, onlar Qazaxıstanın iqtisadiyyatına çox zərbə vuracaqlar. Biz bunu çox yaxşı başa düşürük və biz öz istehsalımıza zərər vurmayacağıq, bu gün heç kim bunu tələb etmir”.

Jumanqarin qeyd edib ki, ölkədə məhsulları sanksiya siyahılarına daxil edilən sənaye sahələri var: “Biz dedik ki, bu mallarla bağlı heç bir məhdudiyyət qoymayacağıq, çünki bunun arxasında bizim böyük əmək kollektivlərimiz, bəzən də bu istehsal müəssisələrinin yerləşdiyi bütöv monoşəhərlər dayanır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR