Onlayn ictimai-siyasi qəzet
Fürsətdən istifadə edərək, son prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə hörmətli İlham Heydər oğlunu bir daha təbrik etmək istəyirəm. Səsvermənin nəticələri Azərbaycan Liderinin xalq tərəfindən dəstəkləndiyini və onun milli birliyin, dövlətin ərazi bütövlüyünün və dinamik inkişafının təmin edilməsində xidmətlərinin yüksək qiymətləndirildiyini təsdiqlədi.
Musavat.com xəbər verir ki, bunları Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfərindən öncə “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
"Əlaqələrimizin uğurlu inkişafının əsasını, ilk növbədə, xalqlarımız arasında çoxəsrlik qardaşlıq əlaqələri, dövlətlərimiz arasında uzun illər davam edən faydalı əməkdaşlıq, beynəlxalq arenada qarşılıqlı dəstək təşkil edir. Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə formalaşdırdığımız şəxsi qarşılıqlı etimad və dostluq münasibətləri də təbii ki, mühüm aspektlər sırasında yer alır. Bu, ikitərəfli və çoxtərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə qarşılıqlı anlaşmanın möhkəmlənməsinə təkan verir.
2022-ci ildə Azərbaycana rəsmi səfərim Bakı ilə Astana arasında tərəfdaşlıq üçün müəyyən mənada təkanverici oldu. İlk növbədə, bu, mənim dövlət başçısı kimi Azərbaycana ilk səfərim idi. İkincisi, bu səfər ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində baş tutdu. Üçüncüsü, səfərin nəticələrinə əsasən, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin qəbulu əməkdaşlığımızın yeni mərhələsinin başlanğıc nöqtəsi oldu", - Tokayev vurğulayıb.
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ