Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanın “Qazaq Air” aviaşirkəti təhlükəsizlik məqsədilə Astana - Yekaterinburq marşrutu üzrə uçuşları dayandırıb.
Musavat.com xəbər verir ki, məlumat daşıyıcının açıqlamasında yer alıb.
Bildirilir ki, “Qazaq Air” cari il dekabrın 28-dən 27 yanvar 2025-ci il tarixinədək Astana-Yekaterinburq marşrutu üzrə uçuşları müvəqqəti dayandırmağa məcburdur: “Uçuşların dayandırılması sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Rusiyaya uçuşların risklərinin davamlı qiymətləndirilməsinin nəticələrinə əsasən həyata keçirilib. Aviaşirkət hazırda “Qazaq Air”in risk qiymətləndirmə meyarlarına cavab verən Omsk və Novosibirskə uçuşları davam etdirəcək, Yekaterinburqa uçuşların bərpası risklərin yenidən qiymətləndirilməsinin nəticələrinə əsasən həyata keçiriləcək”.
Aviaşirkət əmin edib ki, ləğv edilmiş reysin sərnişinlərinə aviabiletlərin tam dəyəri geri qaytarılacaq və alternativ reyslərdə pulsuz yenidən bronlaşdırma təklif olunacaq.
Bundan əvvəl İsrailin "El Al" aviaşirkəti Təl-Əviv - Moskva (Domodedovo hava limanı) - Təl-Əviv marşrutu üzrə uçuşları dayandırmaq qərarına gəlib. Ynet portalının məlumatına görə, aviaşirkət növbəti həftə ərzində vəziyyəti qiymətləndirəcək və onun nəticələrindən asılı olaraq uçuşların bərpası barədə qərar qəbul edəcək.
Musavat.com
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ