İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxın kəndlərinə dair Azərbaycanla Ermənistan arasında yekun protokolu imzalandı

Musavat.com xəbər verir ki, 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.

Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar. 

Delimitasiya nəticəsində Azərbaycanın Bağanıs-Ayrum, Aşağı Əskipara və Xeyrimli kəndlərində üçə yaxın ev Ermənistan ərazisində qalıb. Digər tərəfdən, sərhədin demarkasiyası nəticəsində Kirants kəndində iki yaşayış binası Azərbaycan ərazisinə keçəcək. 

Ermənistan hökuməti vəziyyətlə bağlı yaydığı izahatında aşağıdakı xüsusi qeydi paylaşıb: "Voskepar-Bağanis hissəsinin ən həssas məsələlərindən biri Voskepardakı Müqəddəs Astvatsatsin kilsəsi, digəri isə SSRİ-dən gələn Voskepar-Baqanis yolu ilə bağlı idi. Hər iki problem ən yaxşı şəkildə həll edildi. Yol kilsə kimi bütünlüklə Ermənistan Respublikasının ərazisində yerləşir və sərhəd xətti həm yoldan, həm də kilsədən kifayət qədər uzaqdır. Berkaberdə həssas vəziyyət olmayıb və yoxdur."

Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb.

Növbəti görüşün keçirilməsi tarixi və yeri işçi qaydada razılaşdırılacaq. 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR