İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaryan: “Araik Arutyunyanı Azərbaycan istefaya göndəribsə, bu, artıq sonun başlanğıcıdır”  

 

“Arayik Arutyunyanın “prezidentlikdən” (qondarma-red.) istefa verməsinin müsbət addım olub-olmadığını gələcək hadisələr göstərəcək”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın Polşadakı keçmiş səfiri, politoloq Edqar Qazaryan tərəfindən səslənib.

“Əgər nəticədə Qarabağ erməniləri arasında sağlam siyasi qüvvələrin konsolidasiyası yaranacaqsa, o zaman nəticələri müsbət (ermənilər üçün-red.) hesab etmək olar.

Ancaq başqa bir nəticə də mümkündür. Unutmayaq ki, burada bütün (separatçı-red.) qurumların ləğvində Azərbaycanın israrı olub. Azərbaycanın tələbinə görə, prezident, hökumət üzvləri və deputatlar öz postlarından imtina etməli idilər. Eyni zamanda Azərbaycan prezidenti bu tələblər yerinə yetiriləcəyi təqdirdə hamıya amnistiya verməyə hazır olduğunu bəyan edib. Elə isə Arayik Arutyunyanın istefasının əslində, Bakının tələblərinin icrası olmadığına dair zəmanətimiz varmı”, - deyə Qazaryan bildirib.

Qazaryana görə, hadisələr ikinci ssenari üzrə inkişaf edərsə, hazırkı mərhələ ermənilər üçün sonun başlanğıcı hesab edilməlidir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR